Xəbərlər



Südlü yaşıl çayın xeyirli xüsusiyyətləri...
Südlü yaşıl çayın xeyirli xüsusiyyətləri...

Südlü yaşıl çay az kalorili içki sayılıb, bədən quruluşuna ziyan vurmayaraq pəhriz zamanı da istifadə oluna bilir.

Yaşıl çayın sayəsində süddə olan xeyirli maddələr daha yaxşı mənimsənildiyinə görə bir çox insanlar bu iki içkini qataraq içirlər. Süd isə öz növbəsində kofeinin orqanizmə olan təsirini zəiflədir. Bundan əlavə hər birimizin bildiyinə görə süd kalsiy mənbəyidir. Bu isə o deməkdir ki, südlü çay içdikdə, sümük, diş və dırnaqlar bərkiyir. Həmçinin çayın tərkibində olan aşılayıcı maddələr, damarları bərkidir, antioksidantlar isə hüceyrələrin qocalmasının qarşısını alır və onkoloji xəstəliklər haqda xəbərdar edir. Bu məhlul mədə bağırsaq traktına da müsbət təsir edir, stresslə mübarizə aparır və sinir sitemini tənzimləyir.

Südlü çayın dəmlənmə qaydası:
- 1.5 lt südü qaynadıb üzərinə 3 x/q yaşıl çay əlavə edin. Üzərini qapaqla örtün və 20 dəqiqə dəmlənməsinin gözləyin. Sonradan məhlulu süzüb içmək olar.

- 1 fincan dəmlənmiş yaşıl çaya qaynadılmış süd əlavə edin. Bir müddət gözləyin ki, məhlullar tam olaraq qarışsın. Sonradan içə bilərsiniz.

Bu növ məhlulun müxtəlif dəmlənmə üsulları var, sadəcə unutmayın ki, bu məhlula yağlılıq dərəcəsi az olan südü istifadə etmək məsləhət görülür.
Baxış sayı: 18