Xəbərlər



Saçlarınız tökülürsə... VİTAMİNLİ QARIŞIQ
Saçlarınız tökülürsə... VİTAMİNLİ QARIŞIQ

Gözəl və qalın saçlar qadınların fəxridir. Saç tökülməyə başlayanda bu nəinki qadınları hətta, kişiləri də narahat etməyə başlayır.

Ailehekimiklinikasi.az axsam.az-a istinadən saç tökülməsinin qarşısını almağın bəzi yolarını təqdim edir:

1. İlk növbədə qidaya fikir vermək lazımdır, vitamin və mikroelementlər qəbul etmək vacibdir.

2. Ayıpəncəsi yağından 2 x.q. götürüb maye şəkildə olan A, B6, B12, C və E vitaminləri əlavə edin (aevit 2 kapsul, B6, B12 və C vitaminləri hərəsindən 1 ampul - hamısı apteklərdə satılır). Alınmış qarışığı su hamamında azca qızdırın (çox qızdırmaq olmaz!). Qarışığı saç diblərinə çəkdikdən sonra başınızı əvvəlcə sellofan, sonra isə dəsmal ilə bağlayın (baş isti qalmalıdır). Saat yarımdan sonra saçlarınızı yuyun.

Proseduru həftədə 1 dəfə təkrar edin.
Baxış sayı: 72