Mütəxəssis Kevin Kernsin fikrinə görə pivə qarnından xilas olmaq istəyən insanLar hər şeyi səhv edirlər. Onlar press, dartınma və sair məşqlər edir. Bu səbəbdən də qarın əzələləri şişib daha da önə çıxır. Beləliklə, qarın daha yekə görünməyə başlayır. Məşqin effket verməsi üçün üç növ əzələ ilə işləmək lazımdır: düz, köndələn və daxili əyri.
Kernsin məşqləri məhz bu əzələləri onlar üçün qeyri-adi olan vəziyyətlərdə məşq etdirilməsinə yönəlib. Bu məşqləri mütəmadi və sürətli tempdə etdikdə nəticə artıq bir aydan sonra gözə çarpacaq.
Qeyd: məşqdən sonra elə bir hiss yaranmalıdır ki, sanki qarnının içini hansısa canlı dişlək-dişlək didib. Əgər hər şey ağrısız olubsa, deməli məşqi doğru etməmisən. Diqqətli ol, onlar üç fərqli hazırlıq səviyyəsi üçün nəzərdə tutulub.
A.Top üzərində durmaq (3 dəfə, 10-12 təkrar)
Yeni
Dizlərinin üstündə dur, dirsəklərini (sinə və çənəni yox) topun üstünə qoy. Bu vəziyyətdə onu irəli itələyib, geriyə qaytarmağa çalış.
Atlet
Ayaqlarını mümkün arala və dirsəklərini topun üzərinə qoy (böyük ehtimal tarzalığı saxlamaq üçün bir müddət lazım olacaq). Bu vəziyyətdə topu irəli-geri itələ.
Profi
Əllərini uzat və ovuclarını topun üzərinə qoy. Büzdümünü yuxarı qaldıraraq və deyinə-deyinə topu irəli-geri itələ.
B. Topla korpusu (bədəni) çevirmək (3 dəfə, 20 təkrar)
Yeni
Otur, 45 dərəcə arxaya əyil. Əlinə bir top götür. Bədənini bir tərəfdən o biri tərəfə çevir.
Atlet
Arxaya gərilib ayaqlarını döşəmədən 5-10 santimetr yuxarı qaldır. Bədənini çevirdiyində ayaqların bu formada qalmalıdır.
Profi
С. Bazuönü sümüyündə duruş (3 təkrar, hərəsi 30 saniyə)
Yeni
Böyürüstü uzan, bazuönü sümüyünə söykənərək, çanaq və qarnını yuxarı qaldır (alınsa).
Atlet
Əgər bu duruş səndə rahat alınırsa, çanağını daha da yuxarı qaldırmağa çalış. Bunu 10 dəfə təkrar et.
Profi
Əgər bu da rahat alınırsa, çalış daha ağır olsun. Başqa sözlə, mümkündürsə iki, deyilsə heç olmasa bir ayağını da yuxarı qaldır.