Sürvə dəmləməsinin hazırlanması:
1x/q qurudulmuş və xırdalanmış sürvə bitkisi şüşə qaba qoyulur və üzərinə 200 ml (1 stəkan) qaynar su əlavə edilib, su hamamında 15 dəqiqə qaynadılmadan dəmlənir. Sonra süzülür və alınan məhlul üzərinə azacıq su əlavə edilərək, yenidən 200 ml-ə çatdırılır. Müalicə üçün hər dəfə yeni dəmləmə hazırlanır.
Alınmış dəmləmə xəstəliyə uyğun olaraq: qarqara, kompress, yuyunmaq, daxilə sprinsevaniya və s. şəkildə istifadə edilir. Saçları aşıq rəngdə olanlar isə ehtiyatlı olsunlar, çünki sürvə həm də boyamaq qabiliyyətinə malikdir.
Sürvədən hazırlanmış saşe (qurudulmuş bitkinin kiçik yastıqçalar içərisinə qoyularaq aromaterapiya məqsədilə istifadəsi) də sinir sistemini sakitləşdirir, əhval-ruhiyyəni yaxşılaşdırır, baş ağrılarında və miqrendə yaxşı təsir edir, yaddaşı yaxşılaşdırır, beynin fəaliyyətini artırır, kreativlik yaradır.
Dərman asılılığından xilas olmağa yardım edir, depressiyanı aradan qaldırır. Sürvə eyni zamanda güclü afrodiziakdır, cinsi həvəsi artırır, psixoloji cəhətdən yaranan problemləri aradan qaldırır.
Sürvə bitkisinin kulinariyada işlədilməklə yanaşı, şəfaverici xüsusiyyətləri ilə yanaşı, magik qüvvəyə malik olduğuna da inanılırdı. Belə ki, pis gözlərdən qoruyur, ticarət talismanıdır, arzuların həyata keçməsinə yardım edir, sevgi gücünü artırır, dağılmış ailələri birləşdirir, bəlalardan qoruyur.
Müəllif: Firəngiz Rüstəmova
"TƏBABƏT VƏ MİFOLOGİYA: GÖRÜNƏN VƏ GÖRÜNMƏYƏN ƏLAQƏLƏR" kitabından