Xəbərlər



Sürvənin şəfaverici XÜSUSİYYƏTLƏRİ
Sürvənin şəfaverici XÜSUSİYYƏTLƏRİ


Sürvə bitkisinin şəfaverici xüsusiyyətləri:
- İltihab əleyhinə və antimikrob təsiri;
- Qankəsici təsiri;
- İmmunineti yüksəltmək;
-Sinir sistemini və yaddaşı möhkəmləndirmək;
- Tərləməni azaltmaq;
- Mədə-bağırsaq traktının işini nizamlamaqda, öd yaranmasını, mədə şirəsi istehsalını artırmaqda, qaraciyərin funksiyasını yaxşılaşdırmaqda, ürəkbulanma, ishal, kolika və kolitlər zamanı faydalıdır;
- Bronxit, traxeit, laringit, bronxial astma, angina zamanı;
- Dəri örtüyü irinli yaralarında, əziklərdə, qançır, yanıq, donvurma, psoriaz, uqrilərdə, sızaqlarda effektivdir;
- Antiseptik təsirə malikdir;
- Gəncləşdirici təsirləri var;
- Ağız boşluğu xəstəliklərindən: gingivit, karies, parodontoz zamanı;
- Fitoestrogenlərlə zəngindir – klimaks, sonsuzluq, hormonal pozuqluqlarda və s. faydalıdır;
- Sidikçıxarıcı yolların xəstəliklərinin müalicəsində işlədilir;
- Yuxusuzluq, stress və əsəb gərginliyini aradan qaldırır;
- Kiçik damarları genişləndirib spazmını götürdüyünə görə beyin qan dövranını nizamlayır;
- Orqanizmdən toksin və şlakların xaric olmasına yardım edir;
- Uşaqlıq yolu selikli qişasının müxtəlif mənşəli iltihabında, u/b eroziyasında;
- Saçlara qulluq zamanı - kəpəklənmə, saç köklərinin möhkəmləndirilməsi zamanı;
- Üz dərisinə qulluq zamanı-yuyunmalar və ya dondurulmuş sürvə dəmləsindən alınmış buzlarla üz dərisi silmək çox effektivdir;
- Gözlərin ödemini azaltmaq üçün kompresslər edilir.

Müəllif: Firəngiz Rüstəmova
"TƏBABƏT VƏ MİFOLOGİYA: GÖRÜNƏN VƏ GÖRÜNMƏYƏN ƏLAQƏLƏR" kitabından


Sürvənin şəfaverici XÜSUSİYYƏTLƏRİ
Baxış sayı: 38