Xəbərlər



Dazıotunun FAYDALARI
Dazıotunun FAYDALARI


ÜST proqnozlarına görə növbəti onillikdə depressiya xəstəliklər siyahısında ikinci yerdə olacaq. Hazırda depressiyadan ABŞ-da 33,3% pasiyent əziyyət çəkir ki, depressiv pozulmala-rın müalicəsi üçün ildə 160 milyon resept yazılır. Antidepressantlar - depressiyalar zamanı təyin edilən dərman preparatıdır. Aparılmış metaanalizlərin nəticəsinə görə yüngül depres-siyalar zamanı bitki tərkibli preperatların təyini çox effektivdir. Bu mövzuda ən geniş öyrənilmiş bitki dazıotudur.
Dazıotu/Hypericum perforatum cövhəri hal-hazırda depressiyanın standart müalicə variantlarının biri kimi istifadə edilir. Beş ləçəkli Hypericum perforatum – çoxillik bitkidir. Dazıotu tarixən də sinir pozğunluğu zamanı şəfaverici vasitə kimi işlədilib.
Depressiya, həyəcan hissi, yuxusuzluğu aradan qaldırmaq üçün bu bitkidən alınan müalicəvi vasitələr alınır və ilk dəfə 1994-cü ildə Almaniyada, 1999-cu ildə isə Avstriyada lisenziyalaşdırılmış və tez bir zamanda öz müsbət təsirinə görə populyarlaşdı. ÜST hesabatına görə [Farnworth N.R. et al, 1985] planetimizdə 80%-ə qədər insan təbii vasitələrlə müalicə olunmağa üstünlük verir. Bu göstəricilər depressiyadan əziyyət çəkən xəstələrin hesabatı ilə uyğun gəlmir. Belə ki,1994-cü ildə Almaniyada 64 milyon dozada müxtəlif dazıotu preparatları təyin edilmişdi. 1999-cu ildə isə Almaniya və Avstriyada rəsmi şəkildə depressiyalar, yuxusuzluq və həyəcanlı vəziyyəti aradan qaldırmaq məqsədilə bu preparat təyin edilirdi. Dazıotu preparatları heç də sintetik analoqlarından geri qalmır.
Ənənəvi antidepressantlar alan pasiyentlər üçün Dazıo-tu/Hypericum perforatum preparatları, bitki mənşəli, alternativ müalicə kimi verilə bilər.
Lakin əldə edilən məlumatlara əsasən Dazıotundan alınan preparatlar ağır depressiyaların müalicəsi üçün məsləhət görülmür (Werneke et al.,2004).
Dazıotundan alınmış preparatlar:
-Dazıotunun quru ekstraktı 200 mq. Dazıotu tərkibli, dep-ressiya əleyhinə işlədilən tabletdir.
-Neyroplant tablet 300 mq N 20.
Antidep, Vetadep preparatları da Neiroplant kimi Dazıotu tərkibli, depressiya əleyhinə işlədilən tabletlərdir.

Müəllif: Firəngiz Rüstəmova
"TƏBABƏT VƏ MİFOLOGİYA: GÖRÜNƏN VƏ GÖRÜNMƏYƏN ƏLAQƏLƏR" kitabından


Dazıotunun FAYDALARI
Baxış sayı: 32