Xəbərlər



Qanı təmizləmək və cavanlaşdırmaq üçün XALQ TƏBABƏTİ VASİTƏLƏRİ
Qanı təmizləmək və cavanlaşdırmaq üçün XALQ TƏBABƏTİ VASİTƏLƏRİ


Qan orqanizm boyu vitamin, mineral və bioloji aktiv maddələri daşıyır. Vaxt keçdikcə qanda müxtəlif ziyanlı maddələr yığıla bilər.

Bəzi xalq təbabəti vasitələrinin köməyi ilə qanı təmizləmək və cavanlaşdırmaq mümkündür. Saglamolun.az Rusiya KİV-lərinə istinadla bildirir ki, tanınmış rusiyalı diyetoloq Mariya Malışeva bu məqsədlə istifadə olunan bəzi təbii vasitələr haqqında danışıb.

Adi su

Orqanimi və o cümlədən qanı ən yaxşı təmizlyən təbii vasitə adi sudur. Diyetoloq suya 1 dilim limon əlavə etməyi tövsiyə edir. Limon həmçinin orqanizmin daxili mühitini qələviləşdirir ki, bu da bir çox xəstəliklərin və o cümlədən xərçəngin profilaktikasıdır.

İtburnu dəmləməsi

Növbəti vasitə itburnu dəmləməsidir. İtburnu dəmləməsi qanı yaxşı təmiləyir, orqanizmi vitaminlərlə təmin edir. Hər gün 1-2 fincan (100-200 ml) itburnu çayı içmək çox faydalıdır.

Cəfəri dəmləməsi

1 x.q. xırda doğranmış cəfərinin üzərinə 1 stəkan qaynar su tökün, yarım saat dəmləyin, süzün, adi çay kimi için.

Sarıkök çayı

Yarım çay qaşığı təbii sarıkökü 1 stəkan suda dəmləyin və çay kimi için. Dadını yaxşılaşdırmaq üçün çaya bir qədər bal əlavə etmək olar.

Tərəvəz salatlarının gündəlik istehlakı da qana çox yaxşı təsir edir, qanı təmizləyir. Ən faydalı tərəvəzlər: kök, çuğundur, kələmin bütün növləri, sarımsaq. Salatlara göyərti, limon şirəsi və bir qədər zeytun yağı əlavə etmək yaxşıdır.
Baxış sayı: 43