Azərbaycan folklorunda təbiblə ilgili bayatılar:
Balıq suda yan gedər,
Açma yaram qan gedər.
Fəqir təbib neyləsin
Əcəl gələr, can gedər. Folk və ya xalq təbabəti
***
Yara bağlar,
Məskənim yara, bağlar.
Təbib getsin, yar gəlsin,
Yar yaxşı yara bağlar.
Əfsanəvi bir varlıq olan Loğmanın kimliyi ilə ilgili təfsir kitablarında çox fərqli anlatımlar təfsir yazarlarının dəyişik qaynaqlardan duyduqları görüşlərini yansıdaraq, bir-birilərindən fərqli kimlik və soy bilgiləri bu qaynaqlarda yer alır. İslami düşünür Muhammed Esedə görə Loğman eyni Hızır kimi düşünülmüş bir obrazdır. Loğmanın ölümsüzlük iksirini bulduğu, ancaq formulunu qeyb etdiyinə dair əfsanələr mövcutdur. Bir əfsanəyə görə içində ölümsüzlük iksiri olan şüşəni körpüdən keçərkən düşürüb itirmiş, bir başqa əfsanəyə görə isə əlinə yazdığı ölümsüzlük formulu yağmurda silinmişdir. Bir rəvayətə görə də iksir, Allahın əmriylə Cəbrail tərəfındən yox edilmişdir.
Loğman və ya Loğman Həkim, Quranda və xalq əfsanə-lərində bəhsi keçən, hikmət sahibi olduğuna inanılan biridir. Loğman Həkimin İslama görə peygəmbər olduğuna dair iddia-lar bulunmaqla bərabər İslam alimlərinin əsas görüşü peygəm-bər olmadığı yönündədir. Quranda Loğman Həkimdən Loğ-man Surəsində bəhs edilir
Loğman surəsi: 31:12 Həqiqətən, Loğmana: "Allaha şü-kür et!" (deyə) hikmət verdik. Kim (Allahın ne´mətlərinə) şükür etsə, özü üçün şükür edər. Kim nankor olsa, (bilsin ki) Al-lah onun şükürünə möhtac deyildir, (özlüyündə) şükürə (tə´ri-fə) layiqdir! (Onun bütün işləri bəyəniləndir!)
31:13 (Ya Rəsulum!) Yadında olsun ki, bir zaman Loğ-man öz oğluna nəsihət edərək belə demişdi: "Oğlum! Allaha şərik qoşma. Doğrudan da, Allaha şərik qoşmaq böyük zülmdür! (Ağır günahdır!)
Bosnevinin fikrinə görə; Loğman yer üzündə seyahat edərək tıbb elmini dünyanın hər tərəfinə yaymışdır. Min il yaşamış və bir çok tələbə yetiştirmiş, insanlığa xidmət etmişdir. Daha neçə illər sonra yetişən alimlərin hamısı Loğmanın qurduğu əsaslar üzərində yürüyərək tıbb fənnini indiki dərəcəyə qədər yüksəltdiklərini, qeyd edərlər.
Müəllif: Firəngiz Rüstəmova
"FOLK VƏ YA XALQ TƏBABƏTİ" kitabından