Tibbi antropologiyada aparılan araşdırmalar, tibb tarixi, tibbi antropologiya sistemləri, sağlamlıq və ya xəstəlik ant-ropologiyası bütün bunlar cəmiyyətdə xəstəliklərin yaranmasını araşdıran fiziki antropologiyanın bölmələridir.
Bioloji təbabət isə Qərb təbabəti kimi məhşurdur, elmi və universal tibb olaraq müasir cəmiyyətdə qəbul edilərək xəs-təxanalar, klinikalar tərəfindən işlədilir. Patoloji prosesə geno-tipik və fenotipik faktorların, mədəniyyətin təsiri danılmazdır. Nəzərdəymə, gözdəymə kimi elə mədəni-etnik xəstəliklər var ki, elmi cəhətdən öz təsdiqini tapmamışdır.
Tibbi antropoloqlar belə hesab edirlər ki, xəstəlik seman-tik bir xüsusiyyətə malikdir və onun müalicəsində istər-istəməz yozumlar, təfsirlər olacaqdır. Dünyada hər bir mədəniyyət xəstəlikləri özünəməxsus şəkildə izah edir.
Semantik xəstəliklərin şəbəkəsi anlayışı- sözlər, vəziyyətlər, simptomlar və hisslər şəbəkəsinə aiddir və xəstənin halına, əziyyətlərinə, xəstəliyinə aydınlıq gətirmək mənası daşı-yır. Həm də tibbi antropologiyada qəbul olunmuşdur ki, xəstəliklər ayrı-ayrı proseslərdir. Eyni şəkildə, xəstəlik haqqında hər hansı bir məlumat zaman keçdikcə inkişaf etdiyi tarixi və sosial kontekstlərə görə dəyişikliyə uğrayır.
Müxtəlif mədəniyyətlərə xas olan spesifik sindromlar var ki, həmin mədəniyyət konteksti ilə tanış olmadan onu izah etmək mümkün olmur. Belə nəticəyə gəlmək olar ki, XX əsrin 50-ci illərinə qədər “Xalq xəstəliyi” adlandırılan tibbi antropo-logiya xəstəliklərin mənşəyini və əsrlər boyu onlarla aparılan mübarizə vasitələrini öyrənir.
İlkin insan-kosmik cism, mifoloji və dini fəlsəfi ənənə-lərdə dünyanın antropomorflaşdırılmış bir modelidir. İlkin insan bədən üzvlərinin görüntüsünün əsasında özlərində kainatın mənşəyi haqqında təsəvvür yaradır, makrokosmos və mikro-kosmos arasındakı paralelliyi, onların izomorfizmi, homogen-liyi, kainatın mifopoetik mənzərəsinə xas olan xüsusiyyətləri izah edirdilər.
Arxaik xalq təbabəti bədənin hissələri, identifikasiya sis-temi, ilk insan və kosmik cisim mifləri ilə təyin olunan mifo-poetik semantikaya uyğun olaraq inkişaf edirdi. Bədənin his-sələrə ayrılması, onların tərkibi və iyerarxiyası xəstəliklərdən qurtulmaqda magik vasitə ritualı kimi xüsusilə nəzərə çarpır.
Müəllif: Firəngiz Rüstəmova
"FOLK VƏ YA XALQ TƏBABƏTİ" kitabından