Xəbərlər



Məşhur YAY POZASI - Ağciyər və ürəyi möhkəmləndirir, öskürək və bel ağrılarını müalicə edir...
Məşhur YAY POZASI - Ağciyər və ürəyi möhkəmləndirir, öskürək və bel ağrılarını müalicə edir...


Bu ən məşhur və faydalı yoqa pozalarından biridir. Buna “yay pozası” da deyilir.

Yay pozasının bir çox faydaları var:

- onurğanın sağlamlığını qoruyur, qaməti yaxşılaşdırır

- bel və qol əzələlərini gücləndirir

- bel, boyun ağrılarını azaldır

- ağciyər, qaraciyər, böyrəklərin fəaliyyətini yaxşılaşdırır

- öskürək və bronxitin müalicəsində yardım edir

- böyrəküstü vəzilər və mədəaltı vəzinin işini stimullaşdırır

- mədə və bağırsaqların işinə müsbət təsir edir – köp və həzmsizliyi azaldır, qəbizliklə mübarizə etməyə yardım edir

- qarın əzələlərini möhkəmləndirir, qarnı daha yastı edir

- sinir sisteminin fəaliyyətini aktivləşdirir

- enerji bəxş edir

Saglamolun.az bildirir ki, yay pozası zamanı yalnız qarın yerə dəyməlidir. Pozada 20 saniyədən 1 dəqiqəyə qədər qalmaq lazımdır. ⠀

Nəzərə almaq lazımdır ki, hipertoniya xəstəliyi, hipertireoz, mədə və 12 barmaq bağırsağı xorası, hamiləlik zamanı bu məşqi etmək olmaz.

Məşhur YAY POZASI - Ağciyər və ürəyi möhkəmləndirir, öskürək və bel ağrılarını müalicə edir...
Baxış sayı: 39