Xəbərlər



Gilas saplağı diyeti ilə yaya hazırlıq
Gilas saplağı diyeti ilə yaya hazırlıq



Yayın gəlişi ilə qadınların çoxu incə yay libaslarının əyinlərinə olmasını, bikini geyinib aynaya baxdıqlarında özlərini hiss etmələrini, özlərinə güvənməyi və özlərində razı qalmağı istəyirlər.

Lakin diyetlə bağlı təcrübələrə çox zaman tətildən qısa müddət əvvəl başlayırlar. Çox güclü diyetlərə baş vurur, tətil əsnasında bol-bol yeyir və tətildən sonra yenidən kilo almağa başlayırlar. Bəs artıq çəkini itirmə prosesi ən doğru şəkildə necə aparılmalıdır. Diyetoloq Elif Yıldızın bununla bağlı yay öncəsi və yaya hazırlıq üçün hazırladığı diyeti sınaqdan keçirə bilərsiniz. Diyetoloq bir həftədə bədən necə qaydaya salmağın yollarından danışır...

İlk addım: Hər səhər 1 fincan ballı-limonlu su. (1 stəkan suya 1 çay qaşığı bal, ¼ limon əlavə edin)

Səhər yeməyi: Kəsmikli, çörək otlu (zirə) və yulaf yarması ilə omlet, yanında da 1-2 dilim tam buğda çörəyi. Bir fincan gilas saplı, limonlu, darçınlı çay. Omletin yanında içilən bu çay şişkinliyi effektiv şəkildə aradan qaldırma gücünə malikdir (15-20 ədəd gilas sapı 200 ml qaynar suda 10 dəqiqə dəmlənir, ¼ limon sıxılır, içərkən də 1 ədəd qabıq darçın əlavə edilir)

Ara yemək: 7-8 ədəd çiy badam, 2-3 quru xurma.

Günorta yeməyi: Hinduşka və ya yağsız toyuq əti, bol göyərtili və limonlu salatla birlikdə 1 stəkan ayran. 1-2 dilim tam buğda çörəyi.

Axşamüstü: 1 fincan darçınlı süt və 1 porsiya meyvə.

Axşam yeməyi: Təzə lobya, pərpətöyün, qabaq seçənəklərindən 1 boşqab, yanında 1 dilim tam buğda çörəyi, 1 kasa yaşıl qatıq (1 kasa yaşıl qatıq: qatığa cəfəri, şüyüd və təzə nanə əlavə edilir)

1-2 saat sonra: 1 porsiya meyvə (darçınlı) gecə qan şəkərinin nizamlamanmasını təmin edir.

Bu diyetdə ən önəmli olan budur!

Gündə 2-2.5 lt su artıq çəkidən xilas olmasını yardımçı olar. Həftədə 150 dəqiqə idamn hərəkətləri ilə verilən kiloların yağdan itməsini təmin edir.

Ye-gəz metodu

Kilonun verilməsindən sonra ye-gəz metodu tətilinizin kabusa çevrilməsinin qarşısını alar. Tətildə diyet saxlamaya bilərsiniz, ama yediyiniz zaman aldığınız kalorini də yandırın. Çox yemək yemisinizsə, daha çox gəzərək, addımlayaraq, üzərək bunu kompensasiya edə bilərsiniz. Tətildə idmanla məşğul olmaq ürəyinizcə deyilsə və üstəlik də niyyətiniz bol-bol yeməkdirsə, o zaman tətildən sonra bu kompensasiya diyetini tətbiq etməniz uğurlu olacaqdır. Tətildən öncəki diyete də dönə bilərsiniz. Həftədə 150 dəqiqə idman hərəkətlərini də unutmamaq lazımdır. Bu məşqlər həftədə 3 gün 50 dəqiqə və ya 5 gün 30 dəqiqə şəklində aparıla bilər.
Baxış sayı: 205