Soğanı doğradığınız vaxt onun hüceyrələrini də kəsirik. Bu vəziyyətdə soğan hüceyrələrinin içində olan fermentlər də azad olur. Bu maddələrdən biri olan allinaz (Allium - soğanın latınca adı), daha sonra hüceyrələrin kəsilməsi ilə buraxılan "Prensco" deyə tanınan sulfidli birləşmələrlə reaksiyaya girir. Bəs soğan doğrayanda gözlər niyə yaşarır?
Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu reaksiya propenilsülfirik turşunun yaranması ilə nəticələnir və bu daha sonra LF-sintez fermenti ilə propanethial s-oksid qazına çevrilir.
Bu qaz, həmçinin LF-sintez ferment (Lachrymatory Factor sintez ferment), yəni orijinal adıyla ağlama faktoru olaraq tanınır. Bu qazın su ilə reaksiyaya girməsilə sülfirik turşusu yaranır.
Bu vəziyyət gözlərdə baş verəndə turşunun neytrallaşdırılması üçün gözlərdə yaşarma baş verir. Soğan fəsiləsindən olan sarımsaq və təzə yaşıl soğan da kəsiləndə sülfirik turşusu əmələ gətirir, amma ağlama təsiri formalaşdırmır, çünki daha az miqdarda LF-sintez fermenti ortaya çıxır.
Qəribə olsa da, soğan doğramanın orqanizmə bir çox mühüm faydaları var. Soğan doğrayarkən nəfəs yollarımıza daxil olan fermentlər burada yerləşən zərərli virus və bakteriyaları məhv edir.