Azərbaycan radiosu II Dünya Müharibəsi illərində böyük təbliğat işi görüb. Tədqiqatçılar yazır ki, Bakı müharibə zonasından uzaqda yerləşsə də, Azərbaycan radiosu II Dünya Müharibəsi zamanı gərgin, fövqəladə şəraitdə fəaliyyət göstərməli oldu. 1941-ci il iyunun 22-nə keçən gecə müharibənin başlanmasını Azərbaycan dinləyicilərinə diktor Zəhra Salayeva zirzəmidəki yarımqaranlıq bir otaqdan xəbər verdi. Azərbaycan radiosunun işçiləri faşizmlə mübarizədə mikrofonu ən kəsərli silaha çevirdilər: radio buraxılışları çox qısa müddətdə hazırlanır, verilişlər gecə-gündüz ara vermədən yazılır, montaj edilirdi.
Diktor Zəhra Salayeva əslində kim idi? Azərbaycan nevropatoloqu. Tibb elmləri doktoru professor (1967), əməkdar elm xadimi 1981 –ci ilə qədər N. Nərimanov ad. Azərbaycan Dövlət Tibb İnstitutunun sinir xəstəlikləri kafedrasının müdiri olmuşdur (1967 ildən). Tədqiqatı, əsasən, Azərbaycanda neyromalyariyaya, hemorrakik ensefalitin klinika və patomorfologiyasına həsr edilmişdir. Müəllifi olduğu əsərlər bunlardır: Nevropatologiyadan praktikum (dərslik), B., 1962; Beyin qan-damar xəstəlikləri, B., 1964; Neyrogenetika (dərslik), B., 1977; Sinir xəstəlikləri, B., 1982; Qemorraqiçeskiy gnüefalit v Azerbaydcane, B., 1968.[/b][b]