Главная > Araşdırma > 50 ildən sonra dünyanı nə gözləyir? - SENSASİON ARAŞDIRMA

50 ildən sonra dünyanı nə gözləyir? - SENSASİON ARAŞDIRMA


15-02-2020, 08:11. Разместил: ailehekimiklinikasi
50 ildən sonra dünyanı nə gözləyir? - SENSASİON ARAŞDIRMA


Alimlər tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, iqlim dəyişikliyi nəticəsində 2070-ci ilə qədər yer kürəsindəki heyvanların və bitkilərin 1/3-i məhv olacaq.

“HaberGlobal” xəbər verir ki, elmi iş Arizona Universitetinin tədqiqatçıları tərəfindən aparılıb.

Mütəxəssislər dünyanın 531 yerində 538 növün vəziyyətini araşdırıb. Araşdırma 44 faiz növün planetimizin bir neçə yerində artıq yoxa çıxdığını müəyyənləşdirməyə kömək edib.

Nəzərə alsaq ki, planetimizdə qlobal istiləşmə davam edəcək, təbiət varlıqlarının yox olmaq təhlükəsi yüksələn faizlə inkişaf edəcək. İlkin tendensiya bioloji müxtəlifliyin zəngin olduğu tropik bölgələrdə nəzərə çarpacaq.
Вернуться назад