Xəbərlər



Yenə Alma motivi haqqında
Qədim türklərdə meyvələrin həm anası, həm də atası hesab edilən, Qafqazda, Anadoluda yaranmış Almanın dünya¬ya; Mərkəzi Asiyadan, daha doğrusu, Qazaxstandan, (bu gün Avrasiyanın mərkəzində yerləşən, Qazaxstan Respublikasından) yayılması ehtimal edilir. Demək olar ki, əksər hava şəraitində yaşaya bilən, bütün dünyaya yayılmış bu qədim meyvənin o qədər çox növü var ki, əgər gündə bir növ alma yemək istəsək; 20 il vaxt lazım gələr ki, bütün növlərin dadına baxa bilək. Çünki almanın 7000-ə yaxın (bəzi mənbələrə görə isə 7000-dən çox) növü var. Latın dilində Malus adlanan Alma ağacı və ya meyvəsi–gülçiçəklilər (latın d. Rosaceae) fəsiləsinə aid olan bitki növüdür. Bu fəsilə və ailə bir sıra tanıdığımız-Armud, Hey¬va, Badam, Ərik, Albalı/Gilas, Gavalı/Alça, Şaftalı və s. kimi meyvələri də özündə birləşdirir.
Alma prototürk sözü olub demək olar ki, türk xalqlarının ha¬mı¬sında fonetik olaraq eyni cür səslənir:
Azərbaycan, Başqırd, Qazax, Qaraçay-malkar, Tatar, Qır-ğız, Osmanlı türkcəsində, Qaqauz, Qaraqalpaq, Noqay, Uyğur, Türkmən və Qumuq dillərində, hətta Macar dilində belə bu gö¬zəl meyvə alma adlanır.
- Türk dilində elma;
- Özbəklərdə olma;
- Çuvaşlarda isə ulma deyilir.
Portuqal, Qalisiya və İspan dillərində isə alma sözü ruh deməkdir.Firəngiz Rüstəmova. ALMAdan Al ANAya, Bakı, 2019, 192 s
Yenə Alma motivi haqqında
Baxış sayı: 17