Xəbərlər



ALMA NƏ DEMƏKDİR
Ana demək olan- Aba, Apa, bacı demək olan Abla sözü ilə bir çox xalqların dilində alma mənasında işlədilən apple, “yabloko” sözü çox bənzərdirlər.
Həm də, ümumiyyətlə, alma əksər əfsanələrdə qadın sim¬vo¬-ludur və fonetik səslənmədə eynilik nəzərə çarpır.
Alma sözü holland dilində Appel, ingilis dilində an Apple, rus dilində Yabloko, dat dilində æble, belarus dilində Yabılka (yabloko sözündə olan “ko” prefiks, suffiksdir) və s. adlanır ki, bu sözlərin hamısında Al Ana sözü gizlidir...
Məsələn, alma sözünün özü oğuz dilindədir: Alma=alma (oğuzca). Apa=ana (karluq turkmənlərinin dilində) .
Aba, Abla sözünün etimologiyası türkcə mənbələrdə: “Abla Kelime Kökeni- Tarihte En Eski Kaynak - aba “ana” [Divan-i Lugat-it Türk (1070)].
Aba/ebe “anne, nine”[Ebu Hayyan, Kitabü-l İdrak (1312)]. Aba/apa/apu/ebe” yaşlıca ve saygıdeğer kadın, bacı, büyük kızkardeş” [TDK, Tarama Sözlüğü (1300-1900)]. Abla “aynı anlamda” [Ahmet Vefik Paşa, Lugat-ı Osmani (1876)].
Ebe “büyükanne, nine, saygı gören kadın, abla” [Ebu Hayyan, Kitabü-l İdrak (1312)]. Ebe “doğuma yardımcı olan kadın” [Meninski, Thesaurus (1680)].
“Dünya xalqlarının mifləri” kitabında deyilir: “Skif/Quz Yer tanrıçası Api əsasən su hövzələrinin, mənbələrinin yanında təsvir olunur .
(Z.Həsənovun “Çar Skiflər” kitabında yazdığına görə, “Skiflərlə Oğuzlar eyni nəsildir, belə ki, Herodotun Skif etnosunun adı rus elmi ədəbiyyatında uzun müddət düzgün olmayan “skif” transkripsiyasında oxunmuşdur. Herodotun yaz-dığı “Σκυθ” sözü Qədim Yunan dilində transkripsiyasında “Kuz-Quz” olaraq oxunur. Ona görə də Skif sözünü Kuz-Quz olaraq vurğulayacağıq.)
Skif/Quz tanrıçası Api və digər Yer/Su (Ana) tanrıçaları bir personajda birləşdi və səma başlanğıclı Gök/Göy tanrısı ilə müqəddəs nigah ittifaqında bulundu .
Herodota görə, panteonda yeddi tanrı dayanırdı: ierarxiyanın ən yüksək səviyyəsində Tabiti, orta cərgədə Papay və Api, aşağıda isə Qoytosir/Oytosir, Arqimpas və Herodotun adını yazmadığı daha iki Skif/Quz tanrısı dayanırdı. Herodot həmin tanrıları Hestiya, Zeus, Geya, Apollon, Afrodita, Herakl və Areslə əlaqələndirirdi. Herodot yazırdı ki, Çar Skiflər Poseydona da ibadət edirdilər və onu Taqimasad/Tamimasad adlandırırdılar .
Atlarını axtaran Herakl yolunu azaraq Giley adlı torpaqlara gəlib çıxır və mağarada gördüyü yarı qadın yarı ilan olan varlıqdan atlarını soruşur. Həmin qadın sevgi qarşılığında atların yerini deyəcəyini bildirir və Herakl atlarının xatirinə bu varlıqla, yəni pəri qızla evlənir. Üç oğlu olur; Aqafirs, Gelon və Skif. Bütün Skif çarları Heraklın oğlu Skifdən törənmiş sayılırlar.
Eyni zamanda, “Kor¬oğlu” dastanının Dağıstan variantında atlarını itirmiş Koroğlu onları axtara–axtara bir mağaraya gəlib çıxır və burada bir süjet eyniliyi vardır.
F.Ağasıoğlu “Etrusk–Türk bağı” kitabında yazır: “Herodota görə, saqalar Heraklın törəmələridir.Targitayla bağlı saqalardan eşidib yazdığı adların da türk adları olması dolayısı ilə türkləri də Herakl soyuna bağlayır. “Skif Heraklın ilan ayaqlı xanım¬dan doğulan üç oğlundan biridir və Skif/Sak nəsli ondan baş¬lanır” .
Herakl-antik ənənələrə görə Zeusun oğlu sayılır. Herodota görə, Papayın/Zeusun xanımı Api su ilə bağlı personajdır. Çünki Api adının kökündə Ab/Su sözü də dayanır (bizə Ab/Su sözü şumer yaradılış miflərindəki Absu/Apsu adlanan şirin suların tanrısının adını xatırlatdı və eyni zamanda əski türklərdə anaya apa/aba deyildiyi kimi, ataya da apa demək var idi, həm də Apsu kişi başlanğıcı idi. Eyni zamanda, Papay/Papa adının da Apa/Ata əski türk sözündən qaynaqlandığı aydın görünür. Çünki dilimizdə saitlə başlayan sözlərin önünə samit artırmaq var. Məsələn: açar/haçar, asan/asand/hasand, eləmi/heləmi və s. sözlərdə olduğu kimi)
Api Yer/Su tanrıçasının; Papay Gök/Göy tanrısı ilə birlikdəliyindən, müqəddəs nigahından sonradan Herakla təcəssüm etmiş Targitay, Herakl və ya Skif doğulur”
Bir çox mənbələr yazır “Skif/Quzlar” ilanayaqlı” tanrıçanı Api adlandırırdılar. Böyük Ana Apini miken dilində “kara Api” — ka-ra-a-pi — rus dilində “голова-Апи”, yəni “главная, верховная Апи”; (греч. гом. краата -Κράατα- ‘головы’ от кара -κάρα — ‘голова’) kimi mənada olduğunu yazırlar” . Amma xatırlasaq ki, Api yaradılışla bağlı ilk Ana, Papay isə ilk ata olduğunu nəzərə alsaq,o zaman kara Api sözü tam fərqli anlam kəsb etmiş olacaq. Belə ki, kara Api; karı/qadın Api...Çünki ən qədim tarixdən bu günə kimi anaya və ataya Aba/Apa demək bu günə qədər türk xalqlarının dilində yaşayır. Aba/Apa/Ana, Aba/Apa/Baba/Papa...
Firəngiz Rüstəmova. ALMAdan Al ANAya, Bakı, 2019, 192 s.

ALMA NƏ DEMƏKDİR
Baxış sayı: 60