Xəbərlər



1 stəkan içdi, xoruldamaqdan qurtuldu - Ucuz RESEPT
1 stəkan içdi, xoruldamaqdan qurtuldu - Ucuz RESEPT


Xoruldayan insan həm özü, həm də ətrafı üçün problem yaradır. Xoruldamaq sadəcə vərdiş və ya yuxuda baş verən, qeyri-iradi hal deyil. Bu orqanizmdə müəyyən sistemlərin düz işləmədiyini və problem olduğunu göstərir.

Bir çoxları xoruldamağın çarəsi olmadığını düşünür. Milli.Az medicina.az-a istinadən bir kişini xoruldamaqdan xilas edən resepti təqdim edir.

Hər gecə yatmazdan öncə 1 stəkan içib, həmin gecə uşaq kimi sakit yatıb.

Lazımdır:

Alma - 2 ədəd
Limon - 2 dilim
Kök -1 ədəd
Zəncəfil - 5 qr
Su - yarım stəkan

Hazırlanması:

Meyvələr, zəncəfil kökü yuyulur, doğranılır, blenderdən keçirilir, su ilə qarışdırılır. Yuxudan 1 saat əvvəl içilir.

Xoruldayan şəxslər gecə yatmazdan 3-4 saat əvvələ kimi yeməyi bitirməli, şokolad, qəhv, kakao, süd, alkoqol içməməlidirlər.
Baxış sayı: 236