Xəbərlər



Ən təhlükəli məişət əşyaları - Onlardan hər gün istifadə edirik!
Ən təhlükəli məişət əşyaları - Onlardan hər gün istifadə edirik!

Alimlər xəbərdarlıq edir: adi məişət əşyaları ciddi infeksiya mənbəyi ola bilər.

Bu səbəbdən bəzi belə əşyaları müəyyən müddətdən çox istifadə etmək olmaz.

Alimlər ən təhlüləki məişət əşlarının və onların dəyişmə tezliyinin siyahısını tərtib edib.

1. Qab süngəri. Sagalamolun.az xəbər verir ki, bu ən təhlükəli məişət əşyalarından biridir. Daim nəm qalan süngərlər müxtəlif ziyanlı bakteriyaların çoxalması üçün əla şərait yaradır. Mütəxəssislər qab süngərlərinin üzərində hətta sepsis və meningitin törədəcilərini aşkar edib. Bu səbəbdən alimlər süngərləri hər həftə yeniləməyi tövsiyə edirlər.

2. Hamam süngəri. Nəm yerdə qalan belə süngərlərin üzərində ziyanlı mikrobların yığılması və sürətlə artması təhlükəsi çox yüksəkdir. Mütəxəssislər belə süngərləri hər istifadədən sonra yaxşı yumağı və açıq havada qurutmağı tövsiyə edirlər. Hər 3 aydan bir süngər dəyişilməlidir.

3. Diş fırçası. Diş və damaqlarla probleminiz yoxdursa, fırçanı 3 aydan bir dəyişin. İnfeksion xəstəliklərdən, angina, stomatitdən sonra fırçanı mütləq yeniləmək lazımdır. Mütəxəssislər diş fırçalarını hamamda saxlamağı tövsiyə etmir.

4. Ev ayaqqabıları, şap-şap. Onlar 6 aydan bir dəyişilməlidir. Əks halda göbələyin riski artır.

5. Yastıqalar. Toz və mikroskopik gənələri yığan yastıqları hər 5 ildən bir dəyişmək, istifadə zamanı isə tez-tez havalandırmaq, günə vermək lazımdır. Köhnə yastıqlar allergiyanın əsas səbəblərindən biridir. Səhərlər burnunuz axır, asqırıb-öskürürsünüzsə, mütləq yastığınızı dəyişin.

6. Daraqlar. Hər il dəyişmək, istifadə zamanı isə hər həftə sabunlu suda yumaq lazımdır. Əks halda baş dərisi və saçların sağlamlığında problemlər yarana bilər.
Baxış sayı: 141