Xəbərlər



Avropada 10 il sonra xərçəng epidemiyası başlaya bilər - Alimlər
Avropada 10 il sonra xərçəng epidemiyası başlaya bilər - Alimlər



The Lancetin onkoloji komissiyası gələcək üçün bəd proqnoz verib.

“Medicina” xəbər verir ki, alimlər bəzi xəstəliklərə prioritet diqqət göstərməyə çağırıb.

Əgər yaxın 10 ildə onkoloji xəstəliklərə qarşı lazımi tədbirlər görülməsə, Avropanı onkologiya epidemiyası cənginə alacaq.

Bu nəticəyə gəlmək üçün alimlər covidin bütün Avropaya təsirini analiz edib.

Pandemiyanın birinci ili həkimlər əvvəlki illə müqayisədə 1,5 milyon az xəstəyə xərçəng diaqnoz edib, buna səbəb insanların evə qapadılması, xəstəxanaların bağlanması, hər kəsin kovidlə mübarizə aparması idi.

Xərçəng xəstələri vaxtında müayinə və əməliyyat olunmayıb.

2 il ərzində ənənəvi skrininq testləri 100 milyon az olunub. Təxmini hesablandıqda, milyondan çox vətəndaşda hələ aşkar olunmamış bu və ya digər onkoloji xəstəlik qalıb.

Eləcə də Avropada xərçəng xəstəliyi üzrə investisiyalar 2010-2019-cu illərdə 22 milyard təşkil edib.
Bu isə olduqca az məbləğdir.

Avropa komissiyası büdcənin 2 dəfə artırılıb, hər Avropa vətəndaşına 100 avroya çatdırılmasına çağırıb.

Əgər bu tədbirlər görülməsə, 2033-cü ildən Avropada əsl xərçəng epidemiyası ola bilər.
Baxış sayı: 95