Xəbərlər



Payız-qış depressiyası
Payız-qış depressiyası


Fəsil dəyişkənlikləri özünü insanların sinir sistemində də göstərir. Ən çox isə insanların sinir sistemi payz-qış aylarında həssas olur. İlin bu fəsli əksər insanlarda depressiya əlamətləri ilə müşahidə edilir. Bu fəsillərdə depressiya əlamətlərinin olması günəş şüasının az olması ilə əlaqədardır. Bu dəyişiklik sutkalıq ürək ritminin sayının dəyişməsi və hormonların miqdarının azalması ilə əlaqədar olur. Əsasən də melatonin hormonunun azalması insanlarda payız-qış depressiyasının baş verməsinə səbəb olur.
Fəsillə əlaqədar depressiyanın əmələ gəlməsinə digər amillərin də təsiri var:
- yuxu müddətinin uzanması
- yuxuya getmənin çətinləşməsi
- əhval-ruhiyyənin hava ilə əlaqədar olaraq aşağı düşməsi
- daxili narahatçılıq hissi
- iştahanın artması
- cinsi həvəsin azalması və impotensiya
- hava ilə əlaqədar oynaqlarda ağrıların artması
- fiziki gücün zəifləməsi
- sosial problemlərin artması
- hava səbəbli dostlardan uzaqlaşma.
Mütəxəssislər fəsil dəyişkənliyi ilə əlaqədar olan depressiyanın müalicəsi üçün yaz fəslinin gəlməsinin gözləməməyi məsləhət bilir. Belə ki, 1-2 həftə müalicə ilə əlamətləri aradan qaldıraraq şən əhval-ruhiyyə ilə qışı başa vurmaq olar. Həkimə müraciət etmədikdə isə evin işıqlarını gur yandırmaq və müxtəlif üsullarla dostlarla əlaqə saxlamaqla depressiya əlamətlərini 50% azaltmaq mümkün olur.
Baxış sayı: 158