Xəbərlər



Bədxassəli şiş diaqnozu qoyulanların çoxu qadınlardır - ARAŞDIRMA
Bədxassəli şiş diaqnozu qoyulanların çoxu qadınlardır - ARAŞDIRMA


Ötən il Azərbaycanda 530 min xəstə bədxassəli şişlərlə xəstələnmə nəticəsində müalicə-profilaktika müəssisələrində qeydiyyatda olub. Bir il əvvəl isə qeydiyyatda olanların sayı 493 min 700 nəfər idi.

Bu barədə Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumatda bildirilir. Keçən il ilk dəfə qoyulmuş diaqnozla 12 min 107 nəfər qeydiyyata alınıb. Onlardan 5 min 807 nəfəri kişi, 6 min 300 nəfəri qadın olub.

İlk dəfə diaqnoz qoyulanlardan 2 min 122 nəfər süd vəzisi, 1 359 nəfər traxeya, bronx və ağciyər, 1277 nəfər mədə, 635 nəfər düz bağırsaq, 446 nəfər qida borusu, 220 nəfər qırtlaq, 205 nəfər ağız boşluğu və udlaq, 59 nəfər dərinin melonoması, 18 nəfər dodaqların xərçəngi xəstəliyindən əziyyət çəkib.
Baxış sayı: 87